Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk

Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk
16 Okt 2018 12:25

İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir.

Yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, o cümlədən ürək-damar, sinir sistemi, xərçəng xəstəliklərinin riskini artırır. Yuxu zamanı orqanizm həm dincəlir, həm də bərpa olunur, orqanizmdə çox vacib proseslər gedir.

1. Qan dövranı və ürək ritmi yavaşıyır, ürək və damarlar "dincəlir". Xroniki yuxusuzluq, yuxunun az olması ürək və damarları həddindən artıq yükləyir ki, bu da ürək və damarlar xəstəliklərin riskini artırır.

2. Realpress.az saglamolun.az-a istinadən bildirir ki, yuxu zamanı arterial təzyiq 5-7 mm c.st. aşağı düşür. Bu səbəbdən yuxunun normal olması hipertoniyanın profilaktikasında mühüm rol oynayır. 

3. Eşitmə "işləyir", iybilmə "yatır". Məhz buna görə istənilən güclü səs insan oyada bilər, lakin əksər hallarda yatan insan hətta çox kəskin iyə oyanmır.  

4. Onurğa sütunu düzəlir, fəqərə arası disklər dartınır və düzgün vəziyət alır. Bu səbəbdən insanın boyu səhər saatlarında axşamla müqayisədə 0,5-1 sm daha hündürdür.

5. İnsan arıqlayır. Yuxunun kifayət qədər olması piylənmənin profilaktikasında böyük rol oynayır.

6. Dəri cavanlaşır. Kollagenin sintezi artır, oksigen mübadiləsi aktivləşir, dəri hüceyrələrinin yenilənməsi prosesləri stimullaşır, dərinin rəngi yaxşılaşır, kiçik qırışlar hamarlanır.

7. Stress hormonların səviyyəsi azalır. Bu isə həm sinir, həm immun, həm də ürək-damar sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.   

8. İmmun sisteminin fəaliyyəti aktivləşir, immun hüceyrələrinin sintezi artır. Məhz bu səbəbdən həkimlər xəstə insana daha çox yatmağı və dincəlməyi tövsiyə edirlər.

9. Beyin gün ərzində qəbul etdiyi məlumatları sistemləşdirir. Yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir.  

10. Cinsiyyət hormonların ifrazı artır. Bu səbəbdən yuxunun az olması kişilərdə potensiyanı və libidonu azaldır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.