Səni deyirlərin ifaçısı Bakıya gəldi - məşhur mahnısından danışdı (VİDEO)

Səni deyirlərin ifaçısı Bakıya gəldi - məşhur mahnısından danışdı (VİDEO)
17 Okt 2018 09:15

Bir çox insanın dillər əzbəri olan, qol qaldırıb oynadığı ''Səni deyirlər'' mahnısının ifaçısı Bakıya gəlib.

"Xəzər Xəbər"ə eksklüziv müsahibə verən müğənni İbrahim Əlizadə bu mahnının tarixi və çox sevilməsinin səbəbləri haqqında danışıb.

İbrahim Əlizadə bu gün İrandan Bakıya gəlib. ''Xəzər Xəbər''in də mikrafonuna ''Səni deyirlər''i ifa edən müğənni mahnının Azərbaycanda bu qədər seviləcəyini gözləmədiyini deyib.

İranda küçədə oynamağın qadağan olduğunu deyən İbrahim Əlizadə mahnının ən çox toylarda oxunduğunu bildirdi.

Qeyd edək ki, bu mahnı məşhurlaşdıqdan sonra iddialar var idi ki, həmin mahnının sözləri azərbaycanlı şair Şəhriyyar Del-Gerani tərəfindən yazılıb.

İbrahim Əlizadə isə ''Səni deyirlər''in əsl tarixini ''Xəzər Xəbər''ə danışdı.

İbrahim Əlizadə bildirir ki, hələ bir neçə gün Bakıda olacaq və onu sevənlərlə görüşəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.