ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək

ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək
17 Okt 2018 15:44

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və terminallarda sifətin tanınması texnologiyasını tətbiq edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hazırda ölkənin şəhərlərinə uçan sərnişinlər beynəlxalq reyslərin sərnişinləri ilə müqayisədə sadələşdirilmiş yoxlanışdan keçirlər. Məsələn, yoxlanış pasportun skan edilməsi ilə bitir, barmaq izi və digər biometrik məlumatlar isə skan edilmir.

Administrasiya nümayəndələrinin fikrincə, daxili reyslər üzrə uçan sərnişinlər üzərində nəzarətin gücləndirilməsi aeroportların təhlükəsizlik səviyyəsini artırmağa və terror aktlarının qarşısını almağa imkan verəcək. Bu məqsədlə sahə üzrə tənzimləyici orqan ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətləri tərəfindən toplanan ölkə vətəndaşlarının və əcnəbilərin fotoşəkilləri əsasında neyroşəbəkə hazırlamağı planlaşdırır.  

Sistemin sınaqlarına ilin sonunadək Atlanta şəhərində yerləşən “Hartsfield-Jackson” beynəlxalq aeroportunda başlamaq planlaşdırılır. Sifətin tanınması sərnişinlərin qeydiyyatdan keçməsi və baqajın təhvil verilməsi zamanı həyata keçiriləcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.