Yeni Chrome 70 brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib

Yeni Chrome 70 brauzerində təhlükəsizlik məsələsinə böyük önəm verilib
18 Okt 2018 10:56

“Google” şirkəti tərəfindən təqdim edilmiş “Chrome 70” brauzerinin yeni versiyasında yeniliklərin əsas hissəsi təhlükəsizlik və köhnə səhvlərin aradan qaldırılması ilə bağlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, tərtibatçılar ilk növbədə “Chrome 69” brauzerində tətbiq edilmiş və istifadəçilərin narazılığına səbəb olmuş yeni funksiyanı ləğv ediblər. Belə ki, “Chrome” brauzeri vasitəsilə “Google” hesabına daxil olduqda brauzer avtomatik profilə bağlanırdı. Bundan sonra istifadəçi istəməsə belə brauzerin tarixçəsi, vərəq və şifrlər sinxronlaşdırılır. Bu, məsələn, kənar kompüterdən “Google” hesabına daxil olduqda problem yarada bilərdi.
 
“Chrome 70” brauzerində qorunmamış HTTP protokolu ilə mübarizəyə böyük önəm verilir. İndi loqin və şifri daxil edərkən məlumatları şifrsiz ötürən saytlarda axtarış sətrində qırmızı rəngdə "təhlükəsiz deyil" xəbərdarlığı göstəriləcək.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.