Azərbaycan Olimpiadada altıncı medalını qazandı - FOTO

Azərbaycan Olimpiadada altıncı medalını qazandı - FOTO
18 Okt 2018 11:14


Azərbaycan boksçusu Nurlan Səfərov Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandırıb. 

Realpress.az xəbər verir ki, yığmamızın bayraqdarı bu uğura misirli Mərvan Mamdu Məhəmmədi məğlub etməklə layiq görülüb.

Belə ki, Avropa çempionumuz ilk görüşdə kanadalı Spenser Uilkoksa qalib gəlsə də, ardınca tailandlı Atiçay Foemsapa məğlub olmuşdu. Lakin bu məğlubiyyət 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımızı ruhdan salmayıb. O, bürünc medal uğrunda döyüşdə inamlı təsir bağışlayıb və 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27) hesabı ilə qələbə qazanıb.

Bu qələbə Səfərovu fəxri kürsünün III pilləsinə yüksəldib. Qızıl medal yarımfinalda təmsilçimizi büdrədən Foemsapa qismət olub. II pilləni isə ukraynalı Taras Bondarçuk tutub.

Avropa çempionumuzdan fərqli olaraq, qitə birinciliyinin gümüş mükafatçısı Nicat Həsənov Olimpiya medalına sahib ola bilməyib. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz özbəkistanlı Cahangir Rəhmanovla dueldən məğlub ayrılıb. 5:0 (30:26, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanan rəqib bürünc medala yiyələnib.

Bu çəki dərəcəsində çempion tituluna argentinalı Aqustin Arequi layiq görülüb. II yerdə isə yarımfinalda Həsənovu məğlub edən Yassin Eluarz (Mərakeş) qərarlaşıb.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan aktivinə altıncı medalı (iki qızıl, bir gümüş, üç bürünc medal) yazdırıb. Medal qazanmış digər idmançılarımız bunlardır: cüdoçu Vüqar Talıbov, güləşçi Turan Bayramov (hər ikisi qızıl medal), ağırlıqqaldıran Tərmenxan Babayev (gümüş medal) və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova (hər ikisi bürünc medal).

Bədii gimnastımız Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsi (Mixed-NOCs) adından komanda yarışlarında qızıl medal qazanıb.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.