Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb

Britaniyada qurğuların müdaxilədən qorunması üçün təlimat buraxılıb
18 Okt 2018 11:25

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib. Təlimat kiberhücumlar üçün istifadə edilən qurğuların mühafizəsini və hakerlər tərəfindən istifadəçi məlumatlarının oğurlanması ilə bağlı cinayətlərin qarşısının alınmasını nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hökumətin təşəbbüsü ilk növbədə qapı zəngləri, kameralar, oyuncaqlar və mühafizə siqnalları kimi kiçik “ağıllı” ev qurğuları istehsalçılarına yönəlib. Ekspertlər qeyd edir ki, əksər kiberhücumlarda belə qurğuların pis təhlükəsizlik səviyyəsindən istifadə olunub.

Məlumata görə, rəqəmli texnologiyalar, mədəniyyət, KİV və idman Departamenti və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan sənədə istehsalçıların daha təhlükəsiz məhsullar hazırlaması üçün atacaqları 13 addım daxildir. Bu, müştərilərin şifrlənmiş məlumatlarının saxlanılması, proqram təminatının mütəmadi yenilənməsi, istifadəçilərə daha etibarlı parollar seçməklə bağlı tələblər və daha bir neçə müddəadır.

Sənəd müəllifi Corc Braşer “BBC” telekanalına müsahibədə qeyd edib ki, istifadəçilər təhlükəli qurğunu asanlıqla geri qaytarmaq imkanına malik olmalı, pərakəndə satış nöqtələri isə hücumlar üçün boşluğu olan qurğuları satmamaqla bağlı üzərilərinə öhdəlik götürməlidirlər. Onun sözlərinə görə, hökumət şirkətlərdən “Əşyalar interneti”nin təhlükəsizliyinin gücləndirilməsini tələb edən qanunlar hazırlamağı planlaşdırır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.