Milli Məclis “DOST”laşdı

Milli Məclis “DOST”laşdı
18 Okt 2018 11:38


Ölkəmizdə “Dayanıqlı və Operativ Sosial Təminat” (DOST) sisteminin qurulması və hüquqi bazasının möhkəmləndirilməsi ilə əlaqədar oktyabrın 17-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib.

Realpress.az xəbər verir ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə sosial sahədə aparılan islahatlardan və əldə olunan uğurlu nəticələrdən danışıb.

Bildirib ki, bu sahənin inkişafı, əhalinin sosial durumunun daha da yaxşılaşması daim Azərbaycan prezidentinin diqqət mərkəzindədir:

“Elə sosial sahədə “ASAN xidmət”in analoqu olan DOST xidmətinin yaradılması da dövlət başçısının təşəbbüsüdür”.

Sonra iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı dinlənilib. 

DOST layihəsinin koordinatoru Fərid Məmmədov slaydlar vasitəsilə “Dayanıqlı və Operativ Sosial Təminat” sistemini şərh edib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda səkkiz istiqamət üzrə xidmət göstərir. 

Layihədə mövcud çətinliklər altı istiqamət üzrə nəzərdə tutulub. Problemlərin həlli üçün üç əsas addım müəyyənləşdirilib. Layihə üzrə 124 xidmət müəyyən edilib və təhlil olunub. Beynəlxalq təcrübə öyrənilib. Nazirlikdə DOST layihəsinin icra qrupu yaradılıb, müxtəlif istiqamətlər üzrə həm özəl, həm də dövlət sektorundan mütəxəssislər cəlb olunublar.

Deputatlara DOST layihəsinin fəaliyyət strukturu, operativ modeli, konsepsiyası, proseslərin icra mexanizmi, yol xəritəsi, indiyədək görülmüş işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, DOST-un brend kitabı, elektron formada xidmət üzrə pasport nümunəsi hazırlanıb.

Yeni qurumun mərkəzləri beş kateqoriyada olacaq. Bakıda beş, bölgələrdə 30 mərkəz fəaliyyət göstərəcək. Fikir mübadiləsində rəy və təkliflər bildirilib. 

Komitənin sədr müavini Rauf Əliyev, deputatlar Elmira Axundova, Jalə Əliyeva, Yaqub Mahmudov, İlham Məmmədov, Araz Əlizadə layihəni yüksək qiymətləndiriblər. Vurğulanıb ki, ölkəmizdə belə bir qurumun yaradılması təqdirəlayiqdir. Komitə üzvləri qeyd ediblər ki, DOST layihəsinin reallaşması üçün dəstəyə və əməkdaşlığa hazırdırlar.


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.