Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək

Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək
18 Okt 2018 12:31

“Mindstrong” tibb startapı “iOS” əməliyyat sistemi üçün yenilənmiş “Health” əlavəsini təqdim edib. Mobil proqram istifadəçinin qurğu ilə əlaqəsi əsasında depressiya, şizofreniya və bipolyar pozuntunun ilkin əlamətlərini aşkarlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.

Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.

“Health” yaradıcılarının sözlərinə görə, əlavə istifadəçi haqqında çoxlu məlumat toplayacaq, lakin serverlə yalnız fərdiləşdirilməyən şifrlənmiş informasiyanı bölüşəcək. Bununla yanaşı, onlardan kənar saytlar istifadə edə bilməyəcək, yazışmalar, zənglər və parollar isə seçimdə iştirak etməyəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.