Lotu Qulinin yeri bilindi - Məşhur həbsxanada saxlanılır

Lotu Qulinin yeri bilindi - Məşhur həbsxanada saxlanılır
18 Okt 2018 15:40

Xəbər verdiyimiz kimi on gün öncə Azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə həbs olunub.

Realpress.az -in Yenicag.az-a istinadən əldə etdiyi məlumata görə, “Lotu Quli” saxlanıldıqdan sonra öncə Köç idarəsinə aparılıb. “Qanuni oğru” daha sonra məşhur “Silivri” həbsxanasına köçürülüb. Hazırda o, həbsxanada saxlanılır və buradan da sənədlər tamamlandıqdan sonra vətəndaşı olduğu ölkəyə deport ediləcəkdir. Türkiyə qanunlarına görə, deport edilən şəxs 3 aydan beş ilə qədər bu ölkəyə qayıda bilməz.

Mənbəmiz təhlükəsizlik tədbirlərinə görə, Lotu Qulinin yerinin yenə dəyişdirilə biləcəyini qeyd edib.

Qeyd edək ki, “Silivri” həbsxanası Türkiyədə “Ergenekon”, “Balyoz” və digər böyük məhkəmə işlərinə görə, həbs edilmiş generalların və digər məşhur şəxslərin saxlanıldığı həbsxanadır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.