Azərpoçt MMC bank nominasiyasının qalibi

Azərpoçt MMC bank nominasiyasının qalibi
18 Okt 2018 17:06

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC “Mastercard” debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. 
 
Bu münasibətlə “Azərpoçt” xüsusi sertifikata layiq görülüb. 
 

Qeyd edək ki, mükafatlandırma “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan nümayəndəliyi tərəfindən üç ildir keçirilir.
 
2012-ci ildən “Mastercard”a qoşulan “Azərpoçt”  müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub. 
 
Debet layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.
 
Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC bu günə qədər 120 mindən artıq kart emissiya edib. 
 
 Hazırda MMC-nin 61 ATM-i (bankomatı) fəaliyyət göstərir.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.