2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək
19 Okt 2018 10:10

2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq. 2019-cu ildə isə bu göstərici 3,2% artaraq 3,8 trilyon dolları ötəcək. Bu haqda “Gartner” analitik şirkətinin yeni araşdırmasında qeyd edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, korporativ proqram təminatı İT seqmentində ən sürətlə inkişaf edən istiqamətdir. 2018-ci ildə müəssisələrə proqram təminatının satışından əldə olunan məbləğ 9,9% yüksələrək 405 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə 8,3%-lik artım (439 milyard dollar) gözlənilir.
 
İT xidmətləri seqmentində daha yüksək artım gözlənilir. 2018-ci ildə bu istiqamətdə qlobal xərclər 5,9% yüksələrək 987 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə isə bu göstərici 1 trilyon dolları (+4,7%) ötəcək.
 
2018-ci ildə fərdi kompüter, planşet və mobil telefonlar daxil olmaqla qurğuların satın alınması 3,6% yüksələrək 689 milyard dollar, gələn il isə bu göstərici daha 2,4% artaraq 706 milyard dollar təşkil edəcək. Analitiklər belə hesab edirlər ki, korporativ sektor tərəfindən fərdi kompüterlərə tələbat 2020-ci ilədək artmağa davam edəcək. Lakin “Gartner”, həmçinin “Intel”in istehsalı olan prosessorların defisitinə görə qısamüddətli mənfi nəticənin qeydə alınması haqda xəbərdarlıq edib.
 
Bu il və gələn il rabitə xidmətləri informasiya texnologiyaları bazarının ən iri seqmenti olaraq qalacaq. Bu istiqamətdə xərclər müvafiq olaraq 1,43 və 1,44 trilyon dollar səviyyəsində gözlənilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.