İlham Əliyev və Ərdoğan yeni zavodu işə salacaq — Türkiyədə

İlham Əliyev və Ərdoğan yeni zavodu işə salacaq — Türkiyədə
19 Okt 2018 11:07

Azərbaycanın Dövlət Neft Şirkətinin dəstəyi ilə “SOCAR Türkiye” tərəfindən inşa edilən “Star” neft email zavodunun açılışı bu gün baş tutacaq.

Realpress.az xəbər verir ki, İzmirin Aliağa rayonunda keçiriləcək tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycan lideri İlham Əliyev iştirak edəcək.

Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, “Star” neft email zavodunun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin nümayəndələri, müxtəlif enerji şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

“Star” neft email zavodu Avropa, Orta Şərq və Şimali Afrika regionunda son illərdə həyata keçirilən ən böyük neft əməliyyatları arasında yer alır.
Qeyd edək ki, Ərdoğan və İlham Əliyevin ikitərəfli görüşü də nəzərdə tutulub.


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.