Səni axtarıramda manyakın əməlləri üzə çıxdı — VİDEO(+18)

Səni axtarıramda manyakın əməlləri üzə çıxdı — VİDEO(+18)
19 Okt 2018 15:18

"Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Sən axıtarıram" verilişində daha bir dəhşətli hadisənin üstü açılıb.

Realpress.az-in "Ölkə.Az"-a istinadən məlumatına görə, proqrama müraciət edən Daşkəsən rayonu, Tapan kəndinin 15 yaşlı sakini Aytac Bağırova atası Firdovsi Bağırovun öz valideynlərini öldürməyə cəhd etdiyini qeyd edib. X.Hidayətqızının iştirakıyla Daşkəsənə yollanan çəkiliş qrupu dəhşətli mənzərəylə üzləşiblər. Aytacın dediyi kimi, F.Bağırov öz valideynlərini, həmçinin övladlarını və həyat yoldaşını öldürməyə cəhd edib. 

"Səni axtarıram"ın ekepsertləri sözügedən şəxsin manyak olduğunu və təkcə öz ailəsi üçün deyil, Tapan kəndinin digər sakinləri üçün də təhlükə olduğunu qeyd ediblər. Məlum olub ki, bundan öncə bir dəfə məhkumluq həyatı yaşamış F.Bağırov hazırda Daşkəsən meşələrində gizlənir. Ailə isə qorxudan qohumların evinə sığınıb. F.Bağırov qızına və həyat yoldaşına xəbər göndərərək, onları öldürməyənə qədər sakitləşməyəcəyini söyləyib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.