Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı

Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı
19 Okt 2018 15:31

Müğənni Damlanın həbsdə olan eks həyat yoldaşı azadlığa çıxıb.

Realpress.az big.az-a istinadən xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı həbsdən çıxandan sonra oğlu ilə vaxt keçirir:

"Mənim ailəmin dağılmasına səbəb həyat yoldaşımın həbs olunması olmayıb. O, artıq azadlığa çıxıb. Oğlum İbrahimə də vaxt ayırır. Onun övladı ilə maraqlanmasına, onunla birgə vaxt keçirməsinə çox sevinirəm. Bir-birimizlə əlaqəmiz olmasa da ikimiz birlikdə övladımızı böyüdürük. Atası İbrahimin dərsləri, idmanı ilə maraqlanır".

Qeyd edək ki, Damlanın eks həyat yoldaşı Ceyhun Əliyev terrorçu olması, hətta Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs edilib. Bu haqda mediada xəbərlər yayılıb.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.