Kadırov hədə-qorxu gəldi

Kadırov hədə-qorxu gəldi
20 Okt 2018 09:30


Çeçenistan rəhbəri Ramzan Kadırov İnquş Respublikasında keçirilən etiraz aksiyalarına münasibət bildirib. 

Realpress.az “Kommersant”a istinadən xəbər verir ki, yerli məmurların iştirak etdiyi toplantıda məsələyə toxunan Kadırov Çeçenistan-İnquşetiya sərhədinin dəyişdirilməsi üzündən baş tutan aksiyaların təşkilatçılarına hədə-qorxu gəlib.

“Əgər siz əsl kişisiniz, əgər xalqsınız, əgər bu ərazi sizindirsə (imzalanan sazişdən sonra Çeçenistanın nəzarətinə keçən ərazi-red.), orada mitinq edin. Əgər oradan sağ getsəniz, mən ünvanıma söylədiyiniz olacağam”.

Nəşrin yazdığına görə, Kadırovun çıxışı etiraz aksiyalarının liderlərinə ünvanlanıb. Bunlar publisist İdris Abadiyev, İnquşetiyanın sabiq daxili işlər naziri Əhməd Poqorov və sabiq baş nazirin müavini Daud Yandiyevdir.  

Qeyd edək ki, aksiyalar zamanı həmin şəxslər Kadırovun ünvanına sərt ifadələr səsləndiriblər. 


16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.

16 Apr 2024
Dünya

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb.

16 Apr 2024
Dünya

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.

16 Apr 2024
Dünya

İsrail Rəfaha hərbi hücumunu təxirə saldı

İranın İsrailin hərbi obyektlərinə hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı təxirə salıb.