Daha üç qanun ictimai müzakirələrdən keçiriləcək, tam yenilənəcək

Daha üç qanun ictimai müzakirələrdən keçiriləcək, tam yenilənəcək
20 Okt 2018 11:30


Bu il, parlamentin 2018-cil payız sessiyası çərçivəsində şəkərli diabet xəstəliyi, tibbi optika və icbari tibbi sığorta ilə bağı Milli Məclisin (MM) Səhiyyə komitəsinin dinləmələrinin keçirilməsi nəzərdə tutulur.

Realpress.az-ın xəbərinə görə, bu haqda adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, istər şəkərli diabet xəstəliyi, istərsə də icbari tibbi sığorta ilə bağlı qanunlarda ciddi təkmilləşdirmələrə ehtiyac var:

“Bu haqda komitəmizin payız sessiyası ilə bağlı ilk iclasında fikirlərimi müəyyən qədər bildirmişəm, indi də qeyd etmək istəyirəm ki, hər iki qanunun yenilənməsi vacibdir.

Məsələn, gələn il ölkə üzrə bütövlükdə icbari tibbi sığortanın tətbiqi gözlənilir. Amma bununla bağlı qanun günün tələblərinə, reallıqlarına cavab vermir. Bizim bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, onun rəhbəri Zaur Əliyevlə də xeyli müzakirələrimiz olub.

Onların icbari tibbi sığorta ilə bağlı qanuna xeyli təklifləri var. Onları yaxın zamanlarda qruplaşdırıb, bizə təqdim edəcəklər.

Odur ki, bu məsələnin ətrafında dinləmələrin keçirilməsi yaxşı olardı və biz də belə bir dinləməni keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, şəkərli diabet xəstəliyi ilə bağlı qanunun yenilənməsi çox vacibdir.

Ona görə bu məsələ ilə bağlı dinləmələr keçirməyi və orada səsləndirilən təklifləri nəzərdən keçirib, adıçəkilən qanunu təzələməyi, yeniləməyi qərara almışıq. Həmçinin, tibbi optika ilə bağlı ayrıca qanuna və bu yöndə dinləmələrə ehtiyac var.

Biz bu məsələni başqa bir qanunda əks etdirməyi nəzərdə tutsaq da, sonradan ayrıca qanunun hazırlanması və qəbulunu məqsədəuyğun saydıq. Belə bir müstəqil qanuna ciddi ehtiyac var”.


28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.