Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi - VİDEO

Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi - VİDEO
20 Okt 2018 11:49


Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. 

Realpress.az xəbər verir ki, idmançımız “Fight Night Global 90” çərçivəsinə qüvvəsini sınayıb.

24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun Rusiyanı təmsil edən gürcü rəqibi üzərində qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini texniki nokautla məğlub edib.

Bu, Nəriman Abbasovun karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız dörd dəfə məğlubiyyətlə üzləşib. Nəriman bu turnir çərçivəsində isə 18-ci qələbəsini qazanıb. O, bu döyüşədək bu turnirin reytinqində IV yerdə idi.

Sərbəst güləş üzrə millimizin sabiq üzvü, 2009-cu ilin Avropa çempionu olmuş Əli İsayev də bu yarışda çıxış edib. Ağırçəkililər arasında çıxış edən İsayev ilk raundda Aleksandr Qladkovu nokauta salıb. Reytinqdə VII olan dağıstanlı sabiq güləşçi bu turnirdə üçüncü qələbəsini qazanıb. 


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.