Dörd kikboksçumuz Avropa çempionatının finalında - FOTO

Dörd kikboksçumuz Avropa çempionatının finalında - FOTO
20 Okt 2018 11:27


Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilir.

realpress.az xəbər verir ki, oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.

Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayacaq.

Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.

Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur AlıyevAydın Ağabəyov hakim qismində təmsil edir.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.