Azərbaycan kikboksçuları AÇ-dən yeddi medalla qayıdır - FOTO + YENILƏNIB

Azərbaycan kikboksçuları AÇ-dən yeddi medalla qayıdır - FOTO + YENILƏNIB
21 Okt 2018 14:44


Slovakiyanın paytaxtı Bratislavada keçirilən kikboksinq üzrə WAKO Avropa çempionatı başa çatıb.

realpress.az-ın xəbərinə görə, bu gün finalda yarışan dörd idmançımızın hamısı uduzub. Belə ki, Ramal Aslanov Rusiyanı təmsil edən Turqay Məmmədova, Əsgər Rəhimov ukraynalı Sergey Qerasimenkoya, Elxan Əliyev rusiyalı Alimpaşa TambiyevəBəhram Rəcəbzadə Xorvatiya idmançısı Antonio Plazibata uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, kikboksçularımız vətənə yeddi medalla qayıdır. Gümüş medal qazanan idmançılarımız bunlardır: Ramal Aslanov (71 kq - Low Kick versiyası), Əsgər Rəhimov (57 kq - K1 qaydaları üzrə), Elxan Əliyev (71 kq - K1), Bəhram Rəcəbzadə (+91 kq - K1). Ruslan Musayev (63.5 kq - Low Kick), Anar Məmmədov (54 kq - K1) və Fatma Rəcəbzadə (48 kq - Low Kick) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, bir gün əvvəl keçirilmiş veteranların mükafatlandırılmasında iki azərbaycanlı məşqçi də medal qazanıb. Telman Məhərrəmov gümüş və Hikmət Hacıyev bürünc medalı muzeyinə aparıb.

12.49

Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilir.

realpress.az xəbər verir ki, oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.

Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin veteran idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayıb. Bu üzdən ona dünən gümüş medal təqdim edilib.

Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.

Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur AlıyevAydın Ağabəyov hakim qismində təmsil edir.



28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.