Alimlərdən yeni açıqlama: Sonsuzluq...

Alimlərdən yeni açıqlama: Sonsuzluq...
22 Okt 2018 13:10

"BYU İnternational" jurnalında alimlərin yeni məqaləsi dərc edilib.

Realpress.az "ölkə.az"-a istinadən bildirir ki, məqaləyə əsasən, sonsuz kişilər əsasən diabet xəstəliyindən və metabolizma pozqunluğundan əziyyət çəkirlər.

Milan universitetinin alimi Andrea Saloniya məsələ ilə bağlı deyib:
"Bizim müşahidələr göstərdi ki, sonsuz kişilərin 15%-i şəkər xəstəliyindən əziyyət çəkirlər və bir çox halda bundan xəbərsiz olurlar. Diabet xəstəliyi spermanın keyfiyyətinin aşağı düşməsi və FSH hormonunun səviyyəsinin artması ilə müşahidə edilir".

Hesablamalara əsasən, Qərb ölkələrində cütlüklərin 10-15%-i tərəflərdən birinin sonsuz olmasına görə nəsil artıra bilmir. Sonsuzluq nisbəti qadınlar və kişilər arasında eynidir. Sonsuzluğun bioloji səbəbləri isə bir çox hallarda elmə naməlumdur. Çünki genetik mexanizmlər kifayət qədər tədqiq edilməyib.ə
Saloniya həmkarları ilə birlikdə son illər şəxsi həyatında problemi ilə bağlı müraciət edən 750 kişinin xəstəlik tarixçəsini analiz ediblər. Bu məlumatları, sperma və qan nümunələrini analiz edən alimlər problemi üzər çıxarıblar. Məlum olub ki, ürək və damar problemləri ilə yanaşı bu insanlarda ikinci növ diabet xəstəliyi var.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.