Yaxşı kişi maşınının qiymətini deməz” — Əməkdar artistdən ATMACA (VİDEO)

Yaxşı kişi maşınının qiymətini deməz” — Əməkdar artistdən ATMACA (VİDEO)
22 Okt 2018 16:19

ARB TV-nin “Show news” verilişinin çəkiliş qrupu bu dəfə əməkdar artist Cavanşir Məmmədovla görüşüb.

Realpress.az xəbər verir ki, “Məşhurların avtomobilləri” rubrikasının qonağı olan əməkdar artist maşınında olanları gizlətməyə çalışıb.

Maşınınızın qiyməti neçəyədir? - sualı sənətçini özündən çıxarıb:

“Yaxşı kişi maşının qiymətini deməz, əsas odur ki, insan qiymətli olsun”.
 
Cavanşir Məmmədov daha sonra maşınını ələk-vələk edən jurnalisti əməlli-başlı atmaca atəşinə tutub:

“Sənin kimi səliqəsiz adamlar oturub əzirlər maşındakı əşyaları. Mənə məsləhətin lazım deyil, özün maşın alanda özünə məsləhət edərsən. Sən maşına yaxın gələ bilməyəcəksən”.

Sonda əməkdar artist, avtomobilinə baxış keçirən jurnalisti hədələyən həmkarı Manaf Ağayev barəsində də fikir səsləndirib:

“Mənim Manafla işim yoxdur, özü bilər”. 

Xatırladaq ki, proqramın ötən buraxılışında Manaf Ağayev maşınının qiymətini açıqlamışdı.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.