Deputatlara hansı halda töhmət verilə bilər? - DƏYİŞİKLİK

Deputatlara hansı halda töhmət verilə bilər? - DƏYİŞİKLİK
22 Okt 2018 17:15


Millət vəkillərinə intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir.

Realpress.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin (MM) Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan MM-in deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, parlamentin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən MM-in deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir.

Yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir. İntizam Komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir.

Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:

Bu qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, MM-in, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən MM-in deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər.

Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.

Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi MM-in sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün İntizam komissiyasına göndərilir.

İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası beş gün müddətində keçirə və məsələyə baxarkən MM-in iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. 

İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.

Kamil HƏMZƏOĞLU

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.