Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa - YENİLƏNİB

Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa - YENİLƏNİB
23 Okt 2018 08:52


Səudiyyə Ərəbistanı Türkiyə polisinə səudiyyəli diplomatlara məxsus avtomobildə axtarış aparmağı qadağan edib. 

realpress.az NTV telekanalına istinadən xəbər verir ki, söhbət Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu binasından 20 kilometr aralıda tapılan avtomobildən gedir. 

Türkiyə polisi həmin avtomobillə jurnalist Camal Kaşıkçının meyitinin konsulluqdan çıxarıldığını istisna etmir.

Avtomobilin tapıldığı dayanacağın giriş və çıxışı polis tərəfindən nəzarətə götürülüb. 

19.51

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunun avtomobili İstanbulun Sultanqazi rayonundakı dayanacaqların birindən tapılıb. 

realpress.az “Anadolu”ya istinadən xəbər verir ki, avtomobil hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində aşkarlanıb.

Hazırda avtomobilin nə vaxt və kim tərəfindən dayanacaqda saxlanıldığı araşdırılır. 


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.