İnnovasiyalar həftəsi çərçivəsində Robo Futbol turniri təşkil olunacaq

İnnovasiyalar həftəsi çərçivəsində Robo Futbol turniri təşkil olunacaq
23 Okt 2018 09:00

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” turniri keçiriləcək. Turnir çərçivəsində Heydər Əliyev Mərkəzində “Xbox” platformasında “FIFA 19” və “Mortal Kombat” oyun növləri üzrə yarışlarla yanaşı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robo Futbol” turniri də təşkil olunacaq.
 
Turnir robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edir.
 
Turnirdə seçilmiş ümumtəhsil məktəblərin komandaları onlara məxsus robotlarla iştirak edəcək.
 
Qeyd edək ki, robotlar müəyyən olunmuş çəki və ölçü limitlərini keçməməlidir. Belə ki, hündürlük 22 santimetrdək, çəki limiti isə 1 kiloqram olmalıdır. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanmalıdır.
 
İştirakçılar yarışa komanda şəklində qatılacaqlar. Qaydaya görə, komandada  iştirakçıların sayı 2 və ya 3 nəfər olmalıdır. Komandaların hər biri iki avtonom robotla yarışa bilər. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçirməlidir.
 
Oyunlar hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olur. Yalnız final oyunu 10 dəqiqə ola bilər. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlamalıdır. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.