Vyetnamlı alim: VI Bakı Beynəlxalq Humanitar Forumu insanları sülh və tərəqqi naminə birləşdirir

Vyetnamlı alim: VI Bakı Beynəlxalq Humanitar Forumu insanları sülh və tərəqqi naminə birləşdirir
26 Okt 2018 13:08

Mən Azərbaycan Dövlət Universitetinin məzunuyam. İndi onun adı dəyişdirilərək Bakı Dövlət Universiteti adlandırılıb. Riyaziyyat fakültəsində oxumuşam. Təhsil aldığım illərlə bağlı çox yaxşı xatirələrim qalıb. Vaxt sürətlə ötüb keçir. Ötən 40 il ərzində çox dəyişikliklər baş verib. İqtisadi tərəqqi, ölkə infrastrukturunun inkişafı, Bakının müasir arxitekturası güclü təəssürat oyadır. Azərbaycanda dostlarımın sayı olduqca çoxdur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun vyetnamlı iştirakçısı, professor Thai Ba Can söyləyib.

Forumda ilk dəfə iştirak etdiyini qeyd edən qonaq deyib: “Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən olan insanları bir araya gətirən çox irimiqyaslı tədbirdir. Burada təhsil və dindən tutmuş texnoloji yeniliklərə qədər müxtəlif mövzular müzakirə edilir”.

Professor T.B.Can vurğulayıb ki, forum dünyanın hər yerindən çoxlu alim və siyasətçi cəlb edir, insanları sülh və tərəqqi naminə birləşdirir.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.