Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və tədrisi mərkəzinin təşkilatçılığı ilə “İKT karyera trendləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahənin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və uğurları barədə məlumat verən rektor konfransın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra müasir dövr üçün zəruri olan peşələr, həmin peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri barədə təqdimatlar dinlənilib.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.