Təşkilatçı Leyla Xəlifəli:Bizim jurnalistlər Ebru Gündeşdən də çox kaprizlidirlər(MÜSAHİBƏ)

Təşkilatçı Leyla Xəlifəli:Bizim jurnalistlər Ebru Gündeşdən də çox kaprizlidirlər(MÜSAHİBƏ)
30 Okt 2018 17:14

Noyabr ayının 3-də Heydər Əliyev Sarayında məşhur müğənni Ebru Gündeşin konserti baş tutacaq.
 
Realpress.az-in məlumatına görə, konsertin təşkilatçısı A.M Prestige production-un həmtəsisçisi Leyla Xəlifəli azxeber.com-a müsahibə verib.  
 
- Leyla xanım, Ebru Gündeşin Bakı səfəri geniş rezonans doğurub, bu konsertin təşkilatçısı sizsiz. İlk olaraq rəhbəri olduğunuz şirkət haqda oxuculara məlumat verərdiz.

- Tamamilə haqlısız. Düşünürəm ki, illər sonra reallaşan bir konsert olduğu üçün, ətrafında səs-küy də çoxdur. Söhbət illərə meydan oxuyan bir sənətçidən – Ebru Gündəşdən gedir. Biz - Ali Tavassoli, Rəşad Muxtarov ilə komanda olaraq bir çox tədbirlər etmişik. Ancaq A.M Prestige production olaraq bu konsert ilk işimiz olacaq. 

- Niyə məhz Ebrunu Bakıya gətirmək qərarına gəldiz?

- Sevənlərini, dinləyicilərinin çoxluğunu və istəyi nəzərə alıb, məhz Ebru Gündəşi dəvət etmək qərarına gəldik. Bu konsertin üzərində 1 ildən çoxdur ki, çalışırıq.
 
- Hər kəs bilir ki, Ebru Türkiyənin ən kaprizli müğənnilərindəndir. Konsert öncəsi hansı şərtləri oldu? Eyni zamanda jurnalistlərlə də sizin aranızda anlaşılmazlıq yarandı. Əslində nə baş vermişdi?

- Biz bir çox rus və türk sənətçilərlə çalışmışıq. Ancaq deyərdim ki, Ebru xanım qədər heç kim kaprizli olmayıb. Biz fəaliyyətimiz dövründə belə bir çətinliklə rastlaşmamışdıq. Ancaq onu da deyə bilərəm ki, bizim jurnalistlər Ebru xanımdan da çox kaprizlidirlər. Bunu deməyə əsas verən hadisə isə, bizim sıradan bir konsert olmayan, hətta ilin konserti deyə biləcəyimiz bir tədbir üçün mətbuat konfransı nəzərdə tutub, nəticə əldə edə bilməməyimizdir. Təbii ki, bunun tək Azərbaycan mətbuatı ilə əlaqəsi yoxdur. Əsas səbəblərdən biri və birincisi zamanın az olmasıdır. 

Belə ki, öncədən elan etdiyimiz akkreditasiya ilə bağlı müraciətlərin çoxluğunu görüb, ancaq informasiya dəstəkçiləri və televiziyalar ilə konserti işıqlandırmaq qərarına gəldik. Ayrıseçkiliyin olmamaması üçün bu qərara gəldik. Əlavə söz-söhbətə ehtiyac yoxdur. Çünki bu konsert kommersiya tədbiri hesab olunur. Bütün hüquqlar bu şirkətə aid olduğu üçün, biz həm medianın, həm də şirkətimizin hüquqlarını yaxşı bilirik. Ona görə də, olmayan şeyi deyərək süni qalmaqal yaratmağa ehtiyac yoxdur. Bu bizim son işimiz deyil. Biz bu yolda işlərimizi görməyə davam edəcəyik. 

- Konsertə maraq nə yerdədir?

- Onu deyə bilərəm ki, əgər söz-söhbət varsa, konsertə maraq da var deyə bilərik.(gülür) Çünki, konsertin baş tutacağı tarix və biletlərin satışı başlamazdan əvvəl söz-söhbət yaranmışdı. Konsertə maraq istədiyimiz və gözlədiyimiz səviyyədədir.

- Ebrunun konsertdə hansı sürprizləri olacaq?

- Konsertin ən böyük sürprizi Ebru xanımın yeni albomundan olan mahnılarını səsləndirməsi olacaq. Bununla yanaşı Azərbaycan musiqisini sevən bir müğənni olaraq bizim də səhnədə sevilən mahnılarımız ifa edəcək.

- Son olaraq nə demək istərdiz? 

- Son olaraq onu deyə bilərəm ki, istəklərin çoxluğunun bəhrəsi olan bu konserti qaçırmayın. Uzun zamandır ki, komanda olaraq bu konsertə hazırlaşırıq və çox möhtəşəm olacağına söz veririk. Çıxdığı hər səhnənin haqqını verməyi bacaran Ebru Gündəş bu prinsipindən bizim səhnədə də yan keçməyəcək.





















25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.