Hansı rəngdə bal daha faydalıdır?

Hansı rəngdə bal daha faydalıdır?
23 Noy 2018 10:53

Balın müxtəlif növləri mövcuddur. Bu onun hazırlandığı bitkidən asılıdır. Balın rəngi açıq sarıdan tünd qəhvəyiyə kimi ola bilər.

Bəs hansı rəngdə bal daha faydalı sayılır?

Realpress.az saglamolun.az-a istinadən bildirir ki, İrlandiya alimləri bu mövzuda araşdırma aparıb. Alimlər balın rəngi ilə onun faydalı xüsusiyyətinin əlaqəsini araşdırıblar.

Mütəxəssislərin fikrinə görə, daha tünd rəngdə olan bal növləri faydalı xüsusiyyətlərinə görə digər bal növlərini üstələyir. Onun tərkibində mineral, antioksidant və zülal birləşmələri daha çoxdur. Tünd balın bir üstünlüyü də vardır ki, onu saxtalaşdırmaq mümkün deyil.  

Tünd rəngli balın növləri bunlardır:

- qarabaşaq balı - qanazlığı zamanı faydalıdır

- kasnı balı - ürək və damarların sağlamlığını qoruyur

- şabalıd balı - qalxanvari vəzinin dostudur


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.