Britaniya nəşri: Bakı incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevrilir

Britaniya nəşri: Bakı incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevrilir
23 Noy 2018 16:42

Böyük Britaniyanın nüfuzlu “İndependent” nəşrində “Bakı incəsənət marşrutuna necə çevrilir?” başlıqlı məqalə dərc edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif Stephanie d'Arc Taylor məqalədə bu yaxınlarda Bakıda “YARAT” Müasir İncəsənət Məkanının layihəsi üzrə ikinci dəfə keçirilən M.A.P. (musiqi, incəsənət, performans) Beynəlxalq Teatr Festivalından bəhs edir.

Yazıda “Festival bu şəhəri dünya incəsənət xəritəsində öz yerini tapmağa kömək edir”, - deyə müəllif vurğulayır. Festivalın səhnə əsərlərindən biri – A.Çexovun “Vanya dayı” pyesi əsasında Kioto (Yaponiya) “Chiten” teatrının hazırladığı və yapon dilində (ingilis və Azərbaycan dilində titrlərlə) təqdim olunan tamaşa haqqında təəssüratını bölüşən məqalə müəllifi rus yazıçısının bu sözlərini diqqətə çatdırır: “İnsana ağıl və yaratmaq gücü bəxş edilmişdir ki, ona verilənləri artıra bilsin”.

Müəllif vurğulayır ki, zəngin neft yataqları, xalçaları ilə tanınan Azərbaycan sərvətlərindən istifadə edərək dəyişməyə çalışır və paytaxt Bakı şəhərini incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevirir. Qeyd olunur ki, mədəniyyətə dəstək sayəsində Sovet İttifaqının dağılmasından sonra böhran dövrü keçirmiş incəsənət canlanıb və bu, ölkəyə turistlərin cəlb edilməsinə də zəmin yaradıb: “Beynəlxalq səviyyəli media nümayəndələrinin iştirakı ilə geniş reklam olunan festivallar və müasir memarlıq nümunələri bu təkana nümunədir. Bunlar hökumət və korporativ sponsorlar tərəfindən maliyyələşdirilir və onlar xalq yaradıcılığının bu cür beynəlxalq səviyyəli layihələrlə yaradılan şəraitdə inkişaf edəcəyini düşünürlər”.

Məqalə müəllifi festivalın 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan YARAT Müasir İncəsənət Məkanının yeni layihələrindən biri olduğunu qeyd edərək bildirir ki, 2017-ci ildə ilk təşkil olunan festival bu dəfə əhatə dairəsini genişləndirib. Builki festivalda doqquz ölkədən 16 tamaşa göstərilib. Qeyd edilir ki, bu festivalda təqdim olunan tamaşalar Bakıda sənətsevərlərin görüb-alışdığı tamaşalardan fərqli səhnə əsərləridir.

Məqalə müəllifi daha sonra layihənin kuratoru, “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki ilə söhbətini diqqətə çatdırır. Bildirir ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra ilk illərdə çətin bir dövr yaşayıb. Bu gün dövlətin dəstəyi sayəsində incəsənət inkişaf edir. Azərbaycan hökuməti mədəni təşəbbüsləri, müxtəlif festivalları dəstəkləyir. Bakının yeni memarlıq simalarına çevrilən Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi tikililər şəhəri gözəlləşdirir.

S.Qarayeva-Maleki qeyd edir ki, “YARAT” təşkilatının fəaliyyətinin bir hissəsi şəxsi emalatxanalarda, “ev şəraiti”ndə yaranan incəsənətin “alovunu gücləndirmək” və gənc azərbaycanlı rəssamların özlərinin tanıdılmasına kömək etməkdir. “YARAT”ın “Artım” layihə məkanı bu gənc nəslə uyğun gəlir.

Məqalə müəllifi qeyd edir ki, “YARA”-ın təşəbbüsləri, “imkanlar və nisbətlər” məkanı olması Kolumbiyada doğulmuş, hazırda Norveçdə yaşayan Pedro Gomez-Egananı öz işlərini Azərbaycana gətirməsi üçün həvəsləndirib. O, həmçinin “YARAT”-ın bədii rəhbəri Suad Qarayeva-Malekinin vizyonundan ilhamlanıb.

Rəssam deyir ki, Suad Qarayeva-Maleki ilə görüşdən əvvəl Bakı mənim planımda yox idi. “İncəsənət hər zaman şəhərin brendləşməsi üçün bir üsul ola bilər. Ancaq bu cür imkanların nəyə qadir olduğuna da dəyər verməliyik. Auditoriya toplayan və təcrübələr yaradan gözəl işlər nümayiş etdirə bilən maraqlı insanlar və ideyalar var”, - deyə kolumbiyalı rəssam bildirir.

“İndependent”in müəllifi məqalənin sonunda Azərbaycan paytaxtında “mütləq ziyarət edilməli olan” mədəniyyət və incəsənət məkanlarını da oxucuların diqqətinə çatdırır. Bu sırada Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, “YARAT” Müasir İncəsənət Məkanı, “YARAT” Rəngkarlıq Muzeyi və digər məkanlar qeyd edilir.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.