Azərbaycanda ilk: xəstənin ürək pərdəsindən yeni ürək qapağı düzəldildi

Azərbaycanda ilk: xəstənin ürək pərdəsindən yeni ürək qapağı düzəldildi
26 Noy 2018 10:59

Azərbaycan səhiyyəsində ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən pozulmuş ürək qapağının yenisi ilə əvəzolunmasında istifadə edilib.

Realpress.az Trend-ə istinadən bildirir ki, "Ozaki əməliyyatı" adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi, professor Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.

Dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq olunan bu əməliyyatın ölkəmizdə həyata keçirilməsini Azərbaycan səhiyyəsinin növbəti uğuru kimi dəyərləndirən K.Musayevin verdiyi məlumata görə, klinikaya aortal qapağın ciddi kalsifik stenozu səbəbilə müraciət edən 73 yaşlı kişi xəstə, əməliyyatdan bir həftə sonra artıq evə yazılıb.

Ürək qapaqlarının anatomik və funksional ciddi pozulmalarında cərrahi müalicə tətbiq olunduğunu bildirən K.Musayev klassik cərrahiyyədə bu qapaqların mexaniki və bioloji protez qapaqlarla dəyişdirildiyini, ancaq həm mexaniki, həm də bioloji protez qapaqların özünəməxsus problemlərinin daim aktual olduğunu qeyd edib:

"Alternativ metod kimi qapaqların təmiri əməliyyatları getdikcə geniş yayılsa da, təəssüf ki, bütün xəstələrdə tətbiq oluna bilmir. Son illərdə yapon alimi professor Şiqeyuki Ozaki tərəfindən təklif edilən metod aortal qapağın cərrahi müalicəsində inqilabi dəyişikliyə səbəb olub. "Ozaki əməliyyatı" adlanan bu yanaşmada pozulmuş aortal qapaq xəstənin öz ürəyinin pərdəsindən hazırlanmış qapaq tayları ilə əvəz olunur. Ürəyin pərdəsi (autoloq perikard) xüsusi metodla hazırlanır".

Uzun müddətli dayanıqlılıq üçün bu hazırlama mərhələsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən K.Musayev əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağın normal qapaqdan ayırd edilməsinin mümkün olmadığını bildirib.

K.Musayev qeyd edib ki, əməliyyat zamanı heç bir süni və sintetik materialdan istifadə etmədən aortal qapaq rekonstruksiya olunur. Ona görə də əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək çox çətindir.

Ürək qapaqlarının bu cür metodla dəyişdirilməsinin pasiyentlər üçün həm tibbi, həm də maliyyə baxımından çox sərfəli olduğunu bildirən K.Musayev bu əməliyyatın həm yuxarı, həm də aşağı yaş qrupu xəstələrdə həyata keçirilməsinin vacib olduğunu deyib: "Ozakinin öz nəticələrinə baxsaq, 10 il ərzində təkrar müdaxiləsiz yaşam göstəricisi 95,8 %-dir. Maddi baxımdan da bu metod sərfəlidir, çünki kifayət qədər bahalı olan protez qapaqlardan istifadə olunmur. Bu metodun istifadəsi yaşlı xəstələrdə ilk seçim olmalıdır. Uşaqlarda istifadəsi isə daha maraqlıdır. Protez qapaqlardan istifadə olunması böyüdükcə uşaqlarda kifayət qədər ciddi problemlər yaradır. Bu problemləri Ozaki əməliyyatı ilə önləmək mümkündür. Eyni zamanda, qandurulducu dərman istifadə edə bilməyən və ya etmək istəməyən xəstələrdə, həmçinin, əməliyyatdan sonra hamilə olmaq istəyən gənc qadın pasiyentlərdə də istifadəsi məqsədəuyğundur".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.