Turizm polisi nə üçün lazımdır? - AÇIQLAMA

Turizm polisi nə üçün lazımdır? - AÇIQLAMA
26 Noy 2018 13:09


Turistlərin ölkəyə yenidən gəlməsi üçün şərait yaratmaq üçün turizm polisinin olması vacibdir.

Bunu realpress.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, AzTA turizm polisinin yaradılmasını təklif edir:

“Dünyada bu praktika var. Hansı ölkə öz gələcəyini turizmlə bağlayırsa, bu olmalıdır. Çünki, turistlərlə bağlı xoşagəlməz problemlər olur. Turizm polisi yaranan problemin həlli istiqamətində işləri görəcək”.

Nahid Bağırov qeyd edib ki, turizm polisinin yaranmasının heç bir ziyanı yoxdur:

“Hansı ölkəyə turist gəlirsə, orada problem olur. Heç kim deyə bilməz ki, problem ola bilməz. Ölkəyə turist axınını təmin etmək, gələn turistlərin yenidən gəlməsi üçün şərait yaratmaq üçün bu cür addıma ehtiyac var. Turizm polisinin heç bir ziyanı  yoxdur. Bu turistlər üçün əlavə bir xidmətdir”.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 


16 May 2019
Turizm

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

15 May 2019
Turizm

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

8 Apr 2019
Turizm

Turizm obyektləri ilə bağlı MÜHÜM TƏLƏB

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.