Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO

Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO
28 Noy 2018 13:00


Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ənənəvi kolletiv rəqsi olan yallı (köçəri, tənzərə) bu gün mühafizəyə təcili ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Realpress.az UNESCO-ya istinadən xəbər verir ki, Azərbaycanın sifarişinə Mavrikiyanın Port-Lui şəhərində noyabrın 26-dan dekabrın 1-dək keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 13-cü iclasında baxılıb və qəbul edilib. 

Qeyri-mədəni irs siyahısına təcili mühafizəyə ehtiyacı olan elementlər daxil edilib. Bu gün bu siyahıda 52 elementin adı daxildir və komitənin konvensiyası iştirakçı ölkələrə zəruri olan irsin burada maraqlı olan icmaların iştirakı ilə ötürülməsinə imkan verir. 

Qeyri-mədəni irs siyahısına bundan əvvəl Qarabağ atları üzərində çövkən oyunu daxil edilib.

Qeyd edək ki, bu, Azərbaycanın komitənin iclası çərçivəsində birinci nominasiyadır. Reprezentativ siyahıya daxil edilməsi üçün növbəti sifariş Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfinin birgə təşəbbüsü ilə “Dədə Qorqud irsi” dastanı ilə bağlıdır. Ümumilikdə, bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına 40 sifariş təqdim edilib. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.