Əmanətlərin Sığortalanması Fondunun baş mühasibi vəzifəsində işləmiş Əliyeva Nərgiz Teymur qızı barəsində cinayət işi açılıb.
Realpress.az-ın əldə etdiyi xəbərə görə, N.Əliyeva vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
İttihama görə, o, fonda ayrılan vəsaitlərin istifadəsi zamanı qanun pozuntusuna yol verib.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.