WhatsAppda yol polisinə böhtan atan şəxs həbs edildi

WhatsAppda yol polisinə böhtan atan şəxs həbs edildi
30 Noy 2018 16:40


Yol polisi haqqında “Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib.

Bu barədə Realpress.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. 

V.Əsədov deyib ki, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs tədbiri seçilib.

F.Qasımova 15 sutka inzibati həbs cəzası verilib və o, iki il müddətinə sürücülük hüququndan müddətinə məhrum edilib. 

V. Əsədov deyib ki, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və polisə böhtan atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir səs yazısını yayıb: 

“Özü bunu etiraf etdi”.

Qeyd edək ki, “Whatsapp”da yayılan səs yazısında Xətai DYP-nin rəisi Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir.

Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür.

Guya maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır, və bütün bunlara rəis özü göstəriş verir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.