Bakıda universitetdə qan töküldü - YENİLƏNİB

Bakıda universitetdə qan töküldü - YENİLƏNİB
04 Dek 2018 13:11


Universitet tələbəsini bıçaqlayanın atası saytımıza açıqlama verib. 

Universitetin 3-cü kurs tələbəsi Rəşad İbrahimovun atası Akif İbrahimov realpress.az-a faktı təsdiqləyib:

“Bəli, doğrudur. Cavan uşaqlardır, mübahisə ediblər. Nəticədə, belə bir hadisə yaşanıb. Rəşadı saxlayıblar, bölmədədir. Mübahisənin nə üstündə yaşandığı bəlli deyil”.

12:27

Azərbaycan Pedaqoji Universitetinin tələbəsi 1996-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaqlanıb. 

realpress.az-ın məlumatına görə, hadisə ötən gün, dekabrın 3-də baş verib.

Yaralı təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin yardım göstərildikdən sonra onu Kliniki Tibbi Mərkəzə köçürüblər.

Kliniki Tibbi Mərkəzdən isə deyiblər ki, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunun vəziyyəti orta ağır olaraq qalır:

“Xəstə dünən belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi müdaxilələr olunub. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qalır”.

Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun realpress.az-a verdiyi məlumata görə, hadisə dünən universitet daxilində yaşanan insident zamanı qeydə alınıb:

“Universitetin Fizika və Texnologiya fakültəsinin tələbəsi İbrahimov Rəşad Akif oğlu ilə Filologiya fakültəsinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu arasında mübahisə yaşanıb.

Mübahisə zəminində Rəşad Yusifə bıçaqla xəsarət yetirib. Hazırda məsələ polis tərəfindən araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq, hər iki tələbə haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq ölçü götürüləcək”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, bu barədə xəbər ilk olaraq Publika.az saytında yayımlanıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.