Abşeronda 20-dən çox mənzili qarət edən şəxs yaxalanıb

Abşeronda 20-dən çox mənzili qarət edən şəxs yaxalanıb
06 Dek 2018 09:07

Abşeron rayonunda 20-dən çox mənzili və bir neçə avtomobili qarət edən şəxs yaxalanıb.

Realpress.az report-a istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, əslən Mingəçevir rayonundan olan 32 yaşlı Bakı şəhər sakini Səbuhi Mirzəyev isti izlərlə tutulub.

Araşdırma zamanı onun Abşeronun əsasın Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq etdiyi məlum olub. Səbuhi Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünü etiraf edib.

Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Ən maraqlısı ondadır ki, Səbuhi Mirzəyev oğurluq üçün daxil olduğu evlərin sayını da itirib.

Səbuhi Mirzəyev əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.