Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi açıldı

Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi açıldı
06 Dek 2018 15:10


6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.  

realpress.az xəbər verir ki, nazirliyin xidmətləri vahid məkanda təqdim olunacaq, bu isə vətəndaşlara xidmət səviyyəsini yüksəldəcək. 

“Şəbəkə” mərkəzlərində ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də, aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq, “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. Hazırda Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 72, Yasamal rayonu H.Cavid pospekti 19, məhəllə 520, eləcə də,  A.M.Şərifzadə küçəsi 124, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi  102, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 22, eyni zamanda, Cəlilabad şəhəri, H.Əliyev prospekti 270, Zaqatala şəhəri, H.Əliyev prospekti 36,  Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında vətəndaşlara müasir standartlara cavab verən xidmətlər göstərilir. 

Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar, bayram  günləri də vətəndaşların xidmətindədir.  

“Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. 

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verib. Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən mövcud səkkiz “Şəbəkə” Xidmət Mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda, paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.