Petronas şirkəti Bakı Ali Neft Məktəbinə iki təqaüd ayırıb

Petronas şirkəti Bakı Ali Neft Məktəbinə iki təqaüd ayırıb
07 Dek 2018 11:01

Malayziyanın “Petronas” şirkəti Bakı Ali Neft Məktəbi (BANM) üçün təqaüd ayırıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, təqaüdün ayrılması neft-qaz sektorunda dünyanın aparıcı şirkətinin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində reallaşıb. “Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram “Petronas” şirkətinin imtahan və xüsusi müsabiqələrdə uğur qazanan tələbələrə Malayziyada təhsil almaq şansı verir. Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-in ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev şirkət tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay təqaüdlə təmin edəcək.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.