Yanvarda çörəkdən başqa hər şeyin qiyməti bahalaşacaq!

Yanvarda çörəkdən başqa hər şeyin qiyməti bahalaşacaq!
07 Dek 2018 14:41

Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.
Bununla bağlı BiG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.
"İlk öncə spirtli, energetik içkilər, tütün məhsulları, hətta elektron siqaretlərində qiymətində artım olacaq. Bu günə kimi elektron siqaret və onların mayeləri, energetik aksiz markasına daxil edilməmişdi. Amma dəyişikliklərə əsasən, onlar da artıq aksiz markasına daxil edilib. 2019- cu ilin büdcə gəlirlərdən də görürük ki, aksiz markalarından daxil olacaq gəlirlər 210 milyon manat artılıb. 210 milyon manat artım digər qida məhsullarının bahalaşmasına səbəb olacaq. Son rüsumlarla bağlı vergi məcəlləsinə edilən son dəyişikliklər məhsulların bahalaşmasına səbəb olacaq”. 
Ekspert bahalaşmanın bazara psixoloji təsir göstərəcəyini də vurğulayıb: "Bazarda məhsulların 20-30 faizində bahalaşma gedirsə, digər məhsullara isə psixoloji təsir göstərəcək. Yanvar ayından sonra bahalaşma sürətlə gedəcək. Ümumi ərzaq məhsulların bahalaşması gözlənilir. Digər daşınmaz əmlak, xidmət sahələrində də bahalaşma olacaq. Daşınmaz əmlaka olan bahalaşma ola bilsin ki, ilin ortalarında hiss edilə bilər. Amma xidmət sahəsində olan bahalaşma yanvar ayından sonra olacaq. Qiymət artımı bizi il boyu müşahidə edəcək”. 
Akif Nəsirli qeyd edib ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün çörəyin qiymətində artım müşahidə olunmaya bilər: "Amma ət və ət məhsullarının qiyməti də yeni ildən bahalaşacaq. İl boyu da ət məhsullarının qiymətində artım müşahidə olunacaq. Çünki ət məhsullarının qiymətini artıran problemlər aradan qaldırılmayıb. Ölkədə heyvandarlıq pambıqçılığa qurban verilib”. 

Realpress.az


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.