Rasim Balayevə cavab verməyəcəyəm, ona şeir yazacağam- Elza

Rasim Balayevə cavab verməyəcəyəm, ona şeir yazacağam- Elza
07 Dek 2018 15:59

Bir müddət əvvəl xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib. 

Realpress.az axşam.az-a istinadən bildirir ki, Seyidcahan R.Balayevin sözlərinə münasibət bildirib. İfaçı "Ən yaxşısı" verilişində Balayevə şeir yazacaq:

"Tələsməyək ki, böyüklərə cavab verək. Yaşlı sənətkarlarımız səbirsiz olur, nəsə deyir. Anam da evdə nəsə deyəndə, susuram. Nə olsun "əməmkdar artistəm", məni böyüdüb, nə desə, döysə də, susuram. 

Onların dilindən söz tutub, alçaltmağa çalışırlar. Ömrünün şərəfli çağında onlara belə etməyək. Rasim Balayev bundan sonra da nə desə, ona cavab verməyəcəm. Amma ona şeir yazacam".

Qeyd edək ki, R.Balayev Seyidcahanın ünvanına "Elza Seyidcahan şeir yazır. Buna bir deyən yoxdur ki, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın rəhbəri, verilişin rejissoru yoxdur? Niyə demir ki, bacım, qızım, gəlinim bu şeirlər efirlik deyil. Çıxım ağzıma gələni danışım? Olmaz axı, bu efirdir. Sən bu efirlə hər evə girirsən. Zövqlər korlanıb" sözlərini demişdi.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.