Haluk Ləvəntin xəstə uşaqla görüşü hamını ağlatdı — VİDEO

Haluk Ləvəntin xəstə uşaqla görüşü hamını ağlatdı — VİDEO
08 Dek 2018 10:54

Məşhur müğənni Haluk Ləvənt İzmirin Qarabağlar rayonunda çox nadir “Epidermolysis Bullosa” xəstəliyi ilə anadan olan 11 yaşlı Elfida Gündüzü teatr səhnəsinə dəvət edib.

Realpress.az xəbər verir ki, dram kursuna gedən Elfida bir neçə həftə əvvəl Karşıyaka bələdiyyə sədri Hüseyin Mutlu Akpınarın qonağı olmuşdu və özü yazdığı pyesin səhnəyə qoyulmasını istəmişdi. Akpınarın dəstəyi ilə Elfida kurs yoldaşları ilə birlikdə “Kelebek etkisi” adlı pyesini səhnələşdirdi.

Elfida xəstəliklə mübarizəsini, xəyallarını və sevinclərini uğurlarını səhnələşdirdi və tamaşaçıların alqışını qazandı. Bələdiyyə sədri də kiçik bir rol ilə səhnəyə çıxmışdı və Haluk Ləvənt sürprizi ilə Elfidanı daha da sevindirdi.

Akpınarın istəyi ilə gözlərini bağlayan Elfida bir anda gözünü açanda ən çox sevdiyi müğənnini gördü. Müğənni “Elfida” adlı mahnını Gündüz üçün oxudu.
Haluk Ləvənt deyib:

“Elfidanın ən böyük arzusunun mənimlə tanış olmaq olduğunu eşidən kimi tərəddüd etmədən gəldim. Heç bir şey kiçik bir qəlbi xoşbəxt etməkdən önəmli deyil”.




8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.