Əfsanəvi rok musiqiçisi Bakıya gəlir

Əfsanəvi rok musiqiçisi Bakıya gəlir
10 Dek 2018 16:44


Dekabrın 15-də Bakı Kitab Mərkəzində  “Rammstein” qrupunun solisti, əfsanəvi rok musiqiçi Till Lindemann ilə görüş keçiriləcək.

Realpress.az-ın məlumatına görə, görüş saat 18:00-da başlayacaq.

Görüşdə Till Lindemann eksklüziv avtoqraf sessiya keçirəcək. Qonaqlar onun imzası ilə “Sakit bir gecə. Lirika” şeirlər toplusunu almaq fürsətini qazanacaqlar. 

Bu kitab artıq danılmaz bestseller kitablar sırasına daxil olub. Kitabda şeirlərin mətnləri alman və rus dillərində də təqdim olunur. Kitabdakı füsunkar illüstrasiyaların müəllifi - Till Lindemannın dostu, rəssam Mattias Mattisdir.

Tədbirdə iştirak üçün əsas şərt “Sakit bir gecə. Lirika” kitabının Bakı Kitab Mərkəzində əldə edilməsidir. Kitabı bu gündən etibarən Bakı Kitab Mərkəzində almaq olar. Yerlər məhdud olduğuna görə bir kitab bir nəfər üçün giriş bileti hesab olunur. Kitabın qiyməti 25 manatdır.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.