Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir
11 Dek 2018 13:15

Bədənin sağ tərəfində qabırğanın alt nahiyyəsində hiss edilən istənilən formada ağrı bir çox təhlükədən xəbər verə bilər.  

Realpress.az medicina.az-a istinadən bildirir ki, həmin nahiyədə bir sıra həyatı əhəmiyyətli orqanlar yerləşdiyindən orda müşahidə edilən ağrılara etinasız yanaşmaq düzgün olmaz. Bir çoxları onu ürək ağrısı hesab edərək ehtiyatlanır. Amma nəzərə alın ki, ürək problemi bu ağrıların səbəblərindən yalnız biridir. Döş qəfəsinin sağ tərəfində, aşağı hissədəki ağrıların bir çox səbəbləri ola bilər. Bunlara öd daşı, böyrək daşı, bağırsaq iltihabı həmçinin də həzm sistemində qaz əmələ gəlməsi aiddir. Daha yuxarı hissələrdə olan ağrı isə ağciyər iltihabı, qabırğa və yaxud da əzələ zədələnməsi ola bilər. Sağ tərəf qabırğa altında olan ağrılar küt, iti, həmçinin də sıxılma formasında olur. Bu ağrıların səbəblərini müəyyən etmək üçün mütləq həkimə müraciət etmək lazımdır. 

Sağ tərəfdə qaraciyər, öd kisəsi və sağ böyrək yerləşir. Bu orqanların istənilən infeksiyası və iltihabı qarnın yuxarı hissəsində və onurğada ağrılarla müşayət olunur.  Ürək döş qəfəsinin mərkəzində sola doğru meylli yerləşdiyindən onun ağrısı daha çox sol tərədə hiss edilir. 

Sağ tərəfdə hiss edilən ağrılar aşağıdakı xəstəliklərdən xəbər verir:  

Öd daşı

Qaraciyər xəstəlikləri 

Böyrək daşı

Pankreatit

Uşaqlıq boynunun iltihabı

Qarın köpməsi

Ağciyər xəstəlikləri 

Plaevranın iltihabı
 
Pnevmaniya

Ağciyər xərçəngi 
 
Həzm problemləri

Yoğun bağırsaq qıcıqlanması sindromu

Bağırsaq iltihabı


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.