Bədbəxtlikdən qorunmaq istəyirsinizsə... - Kosmik effekt

Bədbəxtlikdən qorunmaq istəyirsinizsə... - Kosmik effekt
12 Dek 2018 09:16

Hər düşüncənin bir tezliyi var. "Niyə bu iş mənim başıma gəldi" sualının içərisində olan həqiqət əslində nədir? Şüuraltında sloqanlaşan bu düşüncənin tezliyi hadisələri maqnit kimi özünə çəkir. Beyin dalğası tetra ilə bu siqnalı yaymaqla hadisələrin xəbərindən mübtədasına çevrilirik...

Fikirləşin, nə baş verir, o qədər olur ki, "mən bilirdim", "gözləyirdim", "fikirləşdiyim başıma gəldi", - deyə heç təəccüblənmirik. Demək ki, təsadüf yoxdur. Burada ən böyük problem insanın nələr istədiyindən çox, nələr istəmədiklərini düşünməsidir. Özünü yaxşı hiss etməyən insanın kosmosa yolladığı siqnal budur: qorxuram, ehtiyat edirəm, bu, baş verə bilər.

Əslində bu neqativ enerjinin bumeranq effekti yaradan hadisəsidir. Bu siqnal koridoru genişləndikcə orqanizmdə maddələr mübadiləsi pozulur, hipotalamusun informasiya kanalları - çakralar bloklanır.

Tibb elminin "hipotalamus" dediyi, fəlsəfənin "bəsirət gözü" adlandırdığı bu beyin vəzisi "insan toxumu" adlandırılır. Bu barədə Həllac Mənsurun, Mühyiddin İbn əl-Ərəbinin, Mövlana Cəlaləddin Ruminin əsərlərində, Quranda, Albert Eynşteynin qeydlərində xeyli istinadlar var. Hansı ki, Albert Eynşteynin "nəsə var, biz bunu elmlə sübut etməkdə aciz qaldıq" dediyi məsələlərdəndir.

Düşünək. Niyə başımıza gələn hadisələr fərqli zamanlarda təkrar olunur, yenidən hadisələrin başqa şəkildə ahənginə düşürük? Çünki hadisələrdə insanlar dəyişir, hadisənin özü dəyişmir. Ona görə dəyişmir ki, beyin neqativ dalğalar üzərində köklənib, beyin vəzisinə yüklənən informasiya bütün bədənə qanda olan atom zərrəcikləri ilə ötürülür.

Fərqində olmadan şüualtına yerləşdirdiyimiz atomların hər partlayışı orqanizmdə dəyişiklik yaradır. Deməli, hər düşüncənin tezliyində gizlənən bu atom zərrəciklərinin izi var. Baxın, "xəstəyəm" dedikdə xəstə olursan, "gücüm çatmır", "bacarmıram" dedikdə uğursuzluğa düçar olursan, vitrində özümüzü lazımsız insana çeviririk.

Ətrafımızda belə adamlar çoxdur. Bu, fəlsəfədə karmadır. Çünki insan nə edirsə, bumeranq effekti verir, yəni özünə qayıdır, bir balaca geci-tezi var. Nə əkərsən, onu da biçərsən. Yəni bu karmaya görə, səbəb ancaq özünsən.

Həyatında baş verən bütün hadisələrə - uğur və uğursuzluqlara görə məsuliyyəti özün - sən daşıyırsan. Hətta iddia edir ki, etdiyin hər bir əməl - söz, fikir, səs insanın gələcəyini yaradır.

Amerikada məşhur moda dizayneri Karolina Herrera var. 1938-ci ildə Venesuelada doğulub. Deyir ki, düşüncəsində neqativ enerji patronları ilə silahlanan insanı bəzəmək qeyri-mümkündür. Onlara anladın ki, eleqantlıq təkcə sizin nə geyindiyinizlə ölçülmür, bu, sizin özünüzü necə təqdim etməyiniz, necə danışmağınız, nə oxuduğunuz, ətrafa yaydığınız enerji ilə bağlıdır. (Axar.az)

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.