Hakerlər banklara korporativ şəbəkələrə birbaşa qoşulmaqla hücum edirlər

Hakerlər banklara korporativ şəbəkələrə birbaşa qoşulmaqla hücum edirlər
12 Dek 2018 10:19

Bu ay “Kasperski laboratoriyası” antivirus şirkəti Avropa banklarına kiberhücumların edilməsini açıqlayıb. Yeni haker kampaniyası “DarkVishnya” adlanır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2017-2018-ci illərdə baş verən kiberhücumlar çərçivəsində cinayətkarlar tərəfindən zərərli proqram təminatının quraşdırıldığı qurğulardan istifadə olunub. Qurğular bankların binasına yerləşdirilib və ya fiziki olaraq korporativ şəbəkələrə qoşulub. Bunlar noutbuklar və ya kiçik birplatalı kompüterlər, eləcə də “USB” hücumların həyata keçirilməsi üçün xüsusi qurğular ola bilər.

Məlumata görə, hücum zamanı kibercinayətkarlar ümumi şəbəkə qovluqlarına, internet serverlərinə və s. çıxış əldə etməyə çalışıblar. Oğurlanan məlumatlar ödənişlərin həyata keçirilməsi və ya cinayətkarlar üçün faydalı olan digər server və işçi stansiyalara qoşulmaq üçün istifadə edilib. Maliyyə müəssisəsinin infrastrukturunda uğurla möhkəmləndikdən sonra hakerlər məsafədən idarəetmə üçün qanuni proqram təminatından istifadə etməyə başlayıblar.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.