2019-cu ilin 7 texnoloji yeniliyi açıqlanıb

2019-cu ilin 7 texnoloji yeniliyi açıqlanıb
12 Dek 2018 14:56

“Telenor” telekommunikasiya şirkəti 2019-cu ilin 7 texnoloji yeniliyini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ilk növbədə saxta materialların sayının artacağı gözlənilir. Şirkət nümayəndələrinin fikrincə, onlar yeni səviyyəyə çıxacaq. 2018-ci ildə internetə “fake news” hücum etdiyi təqdirdə 2019-cu ildə “deep fake” əmələ gələcək. Proqnozlara görə, internetdə təkcə saxta xəbərlərə deyil, eyni zamanda videolara rast gəlinəcək. Kontent süni intellekt vasitəsilə saxtalaşdırılacaq – saxta materialların əsas təyinatı siyasi fırıldaqlardır.

Məlumata görə, ikinci texnoloji dəyişiklik neyroşəbəkələrin uyğunlaşdırılacağı etik çərçivələrin sərtləşdirilməsidir. Etik çərçivələrə əməl edilməsi diqqətlə yoxlanılacaq. Süni intellekt yaradıcılarının asanlıqla aşkar olunacağı bildirilir.

Üçüncü texnoloji yeniliyin beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) olacağı gözlənilir. Ekspertlərin sözlərinə görə, texnologiyanın test versiyalarından bütün dünyada yararlanmaq mümkün olacaq. Xatırladaq ki, artıq Cənubi Koreyada “5G” şəbəkəsinin sınaqları keçirilib. “Samsung Galaxy S10” smartfonunun prototipi də orada yaradılıb.

Həmçinin “Telenor” mütəxəssisləri hesab edir ki, növbəti ildə “Əşyalar interneti” və ünsiyyət üçün robotlar (çat botlar) aktiv inkişaf edəcək. Bununla yanaşı, insanların qurğulardan imtina etməyə başlayacağı proqnozlaşdırılır. Bu, sosial şəbəkə və mobil əlavələrdə vaxta nəzarət funksiyasının yaranması ilə əlaqədar olacaq.

Sonuncu texnoloji yeniliyin ətraf mühiti çirkləndirməyəcək “yaşıl” texnologiyalar olacağı bildirilir. Onların ən məşhuru isə elektromobillər hesab edilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.