Nazir: Vətəndaşın iş yeri “kölgə”də olduqda onun əmək hüquqları qorunmur

Nazir: Vətəndaşın iş yeri “kölgə”də olduqda onun əmək hüquqları qorunmur
12 Dek 2018 16:17


Bu ilin əvvəlində elan etdiyimiz kimi, biz 2018-ci ilə vergi inzibatçılığında keçid dövrü kimi yanaşırıq.

realpress.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, yeni səhifədən başlamaq, həm vergi ödəyicisi, həm də vergi inzibatçısı olaraq fəaliyyəti tam qanunvericiliyə uyğun şəkildə qurmaq, iş vərdişlərini dəyişmək və kölgədə olan biznes fəaliyyətlərini aşkara çıxarmaq üçün müəyyən bir dövr lazımdır. Amma keçid dövrü amnistiya demək deyil.

Yəni, nazirlik biz heç bir şəkildə “nə olubsa-olub, yaxud ciddi qanun pozuntuları olub, biz buna göz yumacağıq” kimi siyasəti həyata keçirə bilməz. 

Nazir bildirib ki, 2018-ci ilin əvvəlində vəziyyət bir çox bizneslərin və işgüzar fəaliyyətlərin Azərbaycanın vergi qanunvericiliyinə deyil, oturuşmuş biznes vərdişlərinə və qismən qanunvericiliyə əsaslanan praktikalardan ibarət idi. Ona görə də Vergilər Nazirliyi bu praktikalara son qoyulması, biznes fəaliyyətlərinin və vergi inzibatçılığının qanunun tələblərinə tam uyğunlaşdırılması üçün 2018-ci ili keçid dövrü elan etib: 

“Bu addımların ali məqsədi “kölgə iqtisadiyyatı”nın azaldılmasıdır. Çünki “kölgə iqtisadiyyatı”ndan ən çox əziyyət çəkən sadə Azərbaycan vətəndaşıdır. Sadə Azərbaycan vətəndaşının iş yeri “kölgə”də olduqda onun sosial müdafiəsi təmin edilmir, fərdi pensiya hesabına vəsait toplanmır, mülki hüquqları, o cümlədən əmək hüquqları qorunmur”. 

Təbii ki, bundan dövlət də itirir, bu, vergi yığımlarında, biznes dövriyyələrinin gizlədilməsində özünü daha çox göstərir. M.Cabbarov vurğulayıb ki, ümumilikdə, geniş kontekstdən baxsaq, “kölgə iqtisadiyyatı” ölkənin real iqtisadi potensialının reallaşmasına çox böyük əngəldir.

İstər yerli, istərsə də xarici investorlar sərmayə yatırmaq barədə qərarlarını verərkən ilk növbədə ölkənin iqtisadi potensialı, iqtisadiyyatın həcmi, əhalinin alıcılıq qabiliyyəti kimi faktorlara önəm verirlər:

“Təbii ki, əsas şərtlərdən biri Azərbaycanda iqtisadi və siyasi sabitlikdir. Amma təhlilin ikinci mərhələsində iqtisadi faktor önə çıxır. Yəni iqtisadiyyat ölçülən olmalıdır, “kölgə iqtisadiyyatı”nın payı böyük olduqda bu, investisiya qoymaq barədə qərar vermək istəyən sərmayəçi üçün çətinliklər yaradır. Hər bir sərmayəçi iqtisadiyyatın ölçülən, şəffaf, proqnozlaşdırıla bilən olmasında maraqlıdır. Burada da iqtisadiyyatın inkişafının bir aləti kimi vergi sisteminin rolu çox vacibdir”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.