Gürcüstan parlamentində yumruq davası - VİDEO

Gürcüstan parlamentində yumruq davası - VİDEO
12 Dek 2018 17:15


Gürcüstan parlamentində  “Milli hərəkat” partiyasının deputatı Nika Meliya ilə “Vətənpərvərlər alyansı”nın üzvü İrma İnaşvili arasında söz və yumruq davası yaşanıb.

Realpress.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, parlamentin plenar iclasında Nika Meliya prezident seçkilərinin ikinci mərhələsi haqqında danışarkən seçkilərin saxtalaşdırıldığını bildirib.

Ondan sonra sözü İrma İnaşvili alıb, lakin N.Meliya dəfələrlə onun sözünü kəsməyə cəhd edib ki, bu da deputatlar arasında qarşıdurmaya səbəb olub.

Parlamentin sədri İrakli Kobaxidze bir neçə dəfə deputatları sakitləşməyə çağırıb və Nika Meliyanı təlxəklik etməkdə günahlandırıb.

“Onlar məğlubiyyətlə barışa bilmirlər. Nika Meliya nə qədər təlxəklik edəcək axı? Milli hərəkatçılar acı məğlubiyyətlə barışa bilmirlər. Biz onları məğlub edəcəyimizi bildirmişdik. Budur “Milli hərəkatın” əsas siması”, - deyə İrakli Kobaxidze bildirib. 


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.