Yeni Samsung Galaxy smartfonlarının qiyməti açıqlanıb

Yeni Samsung Galaxy smartfonlarının qiyməti açıqlanıb
13 Dek 2018 10:27

İnternetdə rəsmən təqdim edilməyən yeni qabaqcıl “Samsung S10” model sırasına aid smartfonlar barədə yeni məlumatlar yayılıb. Model sırası üçün qiymətlərin smartfonun komplektləşdirilməsi, texnoloji proqramlar və xarici görünüşündən asılı olacağı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni modellər üçün ilkin sifarişlərin qəbuluna 2019-cu il fevralın 20-dən sonra başlanacaq, satışa isə Beynəlxalq Qadınlar Günü ərəfəsində çıxarılacaq.  

Məlumata görə, “S10” modelinin ən ucuzunun qiyməti 850 dollar təşkil edəcək 5,8 düym diaqonallı ekran və 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilən smartfon olacaq. 6,1 düym diaqonallı klassik modifikasiyalı “Samsung” smartfonunun qiyməti yaddaş tutumundan asılı olaraq 1000-1250 dollar arasında dəyişəcək.

Qiyməti 1200-1760 dollar təşkil edəcək “S10Plus” ən bahalı qabaqcıl model olacaq. Rekord baha qiymət Cənubi Koreya şirkətinin unikal texnologiyası ilə izah olunur – 4 əsas və 2 “selfie” kamera, eləcə də 6,4 düymlük “Super AMOLED” ekran və 1024 giqabayt tutumlu quraşdırılmış yaddaş.

Bütün qiymətlərin Avropada satış üçün dərc edildiyi bildirilir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.