Lavrovun Bakı səfərinin gündəliyi açıqlandı - YENİLƏNİB

Lavrovun Bakı səfərinin gündəliyi açıqlandı - YENİLƏNİB
13 Dek 2018 12:12


Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin gündəliyi açıqlanıb. 

Realpress.az xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında məlumat verib. 

“Azərbaycan prezidenti İlham Əliyev bu gün Sergey Lavrovu qəbul edəcək. Eləcə də, Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəlikdə duran əsas məsələləri müzakirə edəcəklər. Beynəlxalq forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də mümkündür”, - Zaxarova bildirib.

09:08

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. 

realpress.az xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək.

Qeyd edək ki, QİƏT sədrliyi nazirlərin 38-ci iclası çərçivəsində rotasiyaya uyğun olaraq Azərbaycana keçib. 

Tədbir zamanı Azərbaycanın QİƏT-dəki yarımillik sədrliyinin yekunları, eləcə də, iqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.